• USD 1,7008 +0,01% EUR 2,0342 +0,65%
    • GBP 2,3097 +0,68% RUB 0,0294 +0,68%

Amerikalı ailə "İnfiniti"ni yanlış reklam səbəbindən yarı qiymətinə aldı

  • Dünya
  • 17 İyul 2017 09:58
  • 293 Baxış
Amerikalı ailə "İnfiniti"ni yanlış reklam səbəbindən yarı qiymətinə aldı

Amerikalı Kuper ailəsi "İnfiniti QX30" markalı avtomobili cəmi 17 790 dollara alıb. Bu isə avtomobilin standart qiymətindən iki dəfə azdır.

Publika.az xəbər verir ki, avtomobilin dəyəri 35 000 dollardır. Ailə feysbuk sosial şəbəkəsində elanlara baxarkən, bu avtomobilin qiymətinin 17 790 dollar olduğunu görür. Vaxt itirmədən satış nümayəndəsi ilə əlaqə saxlayıb, maşını bu qiymətə almaq istədiklərini bildirirlər. Nümayəndə isə bu qiymətin yanlışlıqla yazıldığını və avtomobilin əsl dəyərinin 35 000 dollar olduğunu qeyd edir.

Ruhdan düşməyən ailə, avtomobilin istehsal olunduğu Yaponiya nümayəndəliyinə zəng edirlər. Nümyəndəlikdən onlara xoş xəbər gəlir: “Bəli, avtomobili yarı qiymətinə əldə edə bilərsiniz”.

"İnfiniti" avtomobilinin ABŞ-dakı rəsmi satış səhifəsinin icraçı menecerləri isə bu yanlış məlumatı verdikləri üçün cəzalanıblar.

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>