Ukrayna prezidenti müxalifət liderləri ilə görüşüb - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ukrayna prezidenti müxalifət liderləri ilə görüşüb - YENİLƏNDİ

Biz Ukraynada aksiyaçılar arasında tələfatın olması barədə xəbərlərdən şoka düşmüşük. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz güc tətbiqindən olduqca üzgünük və bütün tərəfləri dərhal buna son qoymağa, vəziyyəti sabitləşdirmək üçün

Son vəziyyət. "Berkut" etirazçıları "Dinamo" stadionunun qarşısından çıxarıb. İndiyədək etirazçıların barrikada qurduğu mövqelərdə indi təhlükəszilik qüvvələrinin qalxanlı əsgərləri sıraya düzülüb. Əsgərlərin arxa mövqelərindən zirehli hərbi maşın çıxara ön çərgəyə yaxınlaşıb. Azadlıq meydanın kütləvi etiraz mitinqi isə davam edir.



UKRAYNA PREZIDENTI MÜXALIFƏT LIDERLƏRI ILƏ GÖRÜŞÜB

Yanvarın 22-də Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə görüşüb. Görüşdə Arseni Yatsenyuk, Vitali Kliçhko və Oleh Tuyahnibok iştirak edib. Müzakirənin detalları haqqında hələlik ətraflı məlumat yoxdur.
Paytaxt Kiyevdə isə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma hələ davam edir. İlkin məlumatlara görə toqquşmalarda 3 nəfər həlak olub.


BAŞ NAZİR QARŞIDURMAYA GÖRƏ AKSİYAÇILARI İTTİHAM EDİR

Ukraynanin Baş naziri Mikola Azarov bu gün hökumətin toplantısında çıxışında paytaxtda baş verən qarşıdurmaya görə aksiyaçıları ittiham edib. Baş nazir bildirib ki, ifrat sağçı Ukrayna hadisələri 19Yanvar ​​üsyançılar və Maydanın radikal qanadı polisə bıçaq, partlayıcı vasitələrlə hücum edərək kütləvi iğtişaşlara səbəb olub, maşınları, binaları yandırıblar:

- Bu iğtişaşların iştirakçıları dinc aksiyaçılar, ya da nümayişçilər hesab oluna bilməzlər. Onlar cinayətkarlardır və əməllərinə görə cavab verməlidirlər.

Baş nazir polisi belə hadisələrin bird aha təkrar olunmaması üçün qabaqlayıcı tədbirlər görməyə çağırıb:

- Ukraynanın Baş naziri kimi rəsmən bəyan edirəm ki, təəssüf ki, artıq baş vermiş insan tələfatına görə də məsuliyyət bu aksiyanın təşkilatçıları və kütləvi iştişaşın bəzi iştirakçılarının üzərinə düşür. Mən polisi də bu cinayətləri araşdırmağa və gələcəkdə belə hadisələrin bird aha da təkrar olunmaması üçün qabaqlayıcı tədbirlər görməyə çağırıram.


AVROPA KOMİSSİYASI UKRAYNADA TƏRƏFLƏRİ GÜC TƏTBİQİNİ DƏRHAL DAYANDIRMAĞA ÇAĞIRIR

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso yanvarın 22-də Brüsseldə keçirdiyi brifinqdə Ukraynada tərəfləri güc tətbiqindən çəkiməyə çağırıb:

- Biz Ukraynada aksiyaçılar arasında tələfatın olması barədə xəbərlərdən şoka düşmüşük. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz güc tətbiqindən olduqca üzgünük və bütün tərəfləri dərhal buna son qoymağa, vəziyyəti sabitləşdirmək üçün addımlar atmağa çağırırıq.

Barroso qeyd edir ki, Ukraynada vəziyyəti narahatlıqla izləməkdə davam edirlər: “Həmçinin də Avropa Birliyinin ata biləcəyi addımları, indiki hadisələrin Ukrayna ilə gələcək münasibətlərimizə mümküntəsirlərini qiymətləndirməkdəyik” – deyə Avropa Komissiyasının prezidenti bildirib.

17.02

Yanukoviç: "Yenə müxalifəti danışıqlar stoluna oturmağa çağırıram"

Ukrayna prezidenti Viktor Yanukoviç vətəndaşlardan radikalların çağırışlarına qulaq asmamağı xahiş etdi.

Publika.Az –ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, prezident rəsmi saytında yerləşdirdiyi bəyanatda qarşıdurmanın sülh yolu ilə nizama salınmasının hələ gec olmadığını bildirib.

“Müxalifəti yenə də danışıqlar stolunda oturmağa və qarşıdurmanı dayandırmağa çağırıram. Mən qan tökməyə, güc tətbiqinə, düşmənçilik və zorakılığın alovlandırılmasına qarşıyam. İnsanlardan evlərinə qayıtmağı xahiş edirəm. Biz Ukraynada dinclik və sabitliyi bərpa etməliyik”, - prezidentin bəyanatında deyilir.

V.Yanukoviç həmçinin “ekstremistlər tərəfindən provokasiya edilmiş” münaqişə nəticəsində Kiyevdə insanların həlak olmasından təəssüfünü ifadə edib.

Ömər Dağlı

16.56

"Yaxın dəqiqələrdə Ukraynada iqtidar-müxalifət dialoqu başlayacaq. Ukrayna prezidenti nəhayətki, müxalifət liderləri ilə görüşə razılıq verdi. "Avropa.info xəbər verir ki, bu barədə müxalifətin “Ana vətən” (Batkivşina) fraksiyasının lideri Arseniy Yasenyuk öz Tvitterində yazıb.O bildirib ki, danışıqlar bu gün yerli vaxtla saat 14.00-da (Bakı vaxtı ilə 15.45-də) baş tutacaq. Görüşdə UDAR-ın lideri Vitali Kliçko, “Azadlıq”(Svoboda) milətçi partiyasının lideri Oleq Tyaqnibok iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm