Rusiyada şaxtada partlayış - 2 nəfərdən xəbər yoxdur
Bizi izləyin

Dünya

Rusiyada şaxtada partlayış - 2 nəfərdən xəbər yoxdur

Rusiyanın Kemerovo vilayətindəki “Anjerskaya Yujnaya” şaxtasında partlayış baş verib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, mədəndə metan qazı partlayıb.

Hazırda dağıntılar altında qalan şaxtaçıların evakuasiyası həyata keçirilir. İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər itkin düşüb. 79 şaxtaçı özü şaxtadan çıxa bilib. Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm