Azərbaycanın bir addımlığına atom bombası ATILACAQ: Dünyanı yox edəcək SİLAHLAR AKTİVLƏŞDİRİLİR
Bizi izləyin

Dünya

Azərbaycanın bir addımlığına atom bombası ATILACAQ: Dünyanı yox edəcək SİLAHLAR AKTİVLƏŞDİRİLİR

Hərbiçilər silahı praktik alət kimi qəbul etməyə meyllidir.

ABŞ taktik nüvə silahının tətbiqi ssenarilərini genişləndirəcək. Amerika hərbçiləri bunu ilk dəfə rəsmən təsdiq etdilər. Bəyanatı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, general Pol Selva səsləndirdi.

Selva nə dedi?

Mitçellovsk Aerokosmik Tədqiqatlar İnstitutunun konfransında çıxış edən general bildirib ki, XXI əsrdə nüvə strategiyasının effektiv vasitələrdən biri kimi zəif nüvə döyüş sursatları olmalıdır.

“Belə döyüş vasitələri hazırlamaq və silahlanmaya daxil etmək lazımdır. Nüvə silahının tətbiqi dəhşətlidir. Amma biz düşmənin mümkün hərəkətlərinə səmərəli, elastik və çoxpilləli reaksiya vermək üçün müəyyən təlimatları və qaydaları xülasə etməliyik”, - o bildirib.

Müzakirədə iştirak edən ekspertlər ona etiraz etdilər. Onlardan biri xatırladıb ki, indiki ölçülər üzrə “zəif” nüvə yükləri ABŞ-da hələ nüvə silahı yarışının lap əvvəlində var idi. Xüsusi halda, bu cür bombalar Xirosima və Naqasakidə tətbiq edilmişdi.

General cavabında bildirib ki, bu arqumentləri ilk dəfə eşitmir və onlarla razı deyil: “Biz ölkə rəhbərliyinə hərəkət variantlarının ən geniş dəstini göstərməliyik. Strateji sabitlik üçün masaya nə varsa hər şeyi qoymaq lazımdır: mühafizəkar yanaşmalardan yeni radikal metodlara qədər”.

Onun sözlərinə görə, bu, Rusiyanın qarşısının alınması siyasətinin effektiv keçirilməsi üçün lazımdır. General həmçinin Çin, o cümlədən İran və Şimali Koreya kimi “yeni nüvə dövlətləri”in tərəfindən artan təhlükəyə diqqət çəkib.

Əsas bomba

ABŞ-ın taktik nüvə arsenallarının əsasını artıq uzun illərdir ki, B61 ailəsindən olan təyyarə bombaları təşkil edir. Bu silahın birinci versiyası 1968-ci ildə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib və döyüş sursatı o vaxtdan dəfələrlə müasirləşdirilib. Döyüş sursarının 11 versiyası var. 1997-ci ildə hazırlanmış son versiya xüsusi təyinata malikdir. O böyük dərinlikdəki obyektlərə zərbələr üçün nəzərdə tutulub. Onun maksimum qüvvəsi müxtəlif qiymətlərə görə, 340-400 kiloton təşkil edir. Müqayisə üçün deyək ki, 9 avqust 1945-ci il tarixində Naqasakiyə atılan atom bombası 21 kiloton, 6 avqustda Xirosimaya atılan bomba isə 13-18 kiloton trotil ekvivalentə malik idi.

Amma başqa variantlar taktik hesab edilir. 3-cü və 4-cü versiyalar, xüsusi halda, ABŞ-ın Avropadakı bazalarında yerləşdirilib. 10-cu versiya 2005-ci il təcili tətbiqə hazırlıqdan çıxarılıb və anbarlardan götürülüb.

Hazırda “universal” B61-12 bombası yaradılır və B61-in bütün versiyalarını əvəz etməlidir.

Yeni nüvə erası

Selvanın ifadə etdiyi arqumentləri daha əvvəl Amerika ekspertləri, həmçinin istefaya çıxmış hərbçilər dəfələrlə səsləndiriblər.

Artıq istefada olan general Norton Şvars (2008-2012-ci illərdə Hərbi Hava Qüvvələrinin qərargahının başçısı) bir neçə il əvvəl bildirib ki, düşmən Amerikanın “zəif”, amma yüksək dəqiqlikli nüvə silahına malik olacağını anlamalıdır. Generalın fikrincə, bu, dünyada strateji sabitliyi möhkəmləndirmək üçün vacibdir.

İndi isə eyni fikirləri Selva səsləndirir. Fərq yalnız ondadır ki, bu dəlillər ilk dəfə yalnız yüksək vəzifəli sərkərdənin deyil, həm də ABŞ-ın hərbi qulluqçularının iyerarxiyasında ikinci yeri tutan şəxsin dodadlarından səslənir.

Hərbiçilər silahı praktik alət kimi qəbul etməyə meyillidir: əgər o varsa, onu istifadə etmək lazımdır, həm də mümkün olan maksimum üsullarla. Nüvə döyüş sursatları bu tələbə cavab vermir, buna görə onlara Pentaqonda 1991-ci ildən sonra “ögey oğullar” kimi baxırdılar: onların maliyyələşdirilməsi minimuma qədər azaldılırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm