İqtisadi gündəm
Gələn il neftin qiyməti elə həddə qalxacaq ki... - PROQNOZ
2025-ci ildə "Brent" markalı neftin bir barelinin qiyməti orta hesabla 76 dollar olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Goldman Sachs" analitikləri bildirib.
Onların fikrincə, bazar gələn il qlobal miqyasda neftin bolluğuna şahidlik edəcək. Hədəf qiyməti (76 dollar/barel) ABŞ və Çin tərəfindən strateji neft ehtiyatlarının müəyyən qədər artırılmasını nəzərdə tutur ki, bu da ehtimal olunan profisiti kompensasiya etməyə kömək edəcək.
"Goldman Sachs" 2025-ci ildə təklifin Amerika qitəsindəki güclü təklif artımı ilə gündə 400.000 barel tələbi üstələyəcəyini gözləyir. OPIS-in məlumatına görə, ABŞ-a tədarükün artımı sutkada 640 min barel, Kanadada - 220 min barel, Braziliyada - 130 min barel, Qayanada isə 80 min barel/gün səviyyəsində qiymətləndirilir.
Ekspertlər birinci rübdə "Brent" markalı neftin orta qiymətini 75 dollar/barel, ikincidə 77 dollar/barel, üçüncüdə 76 dollar, dördüncü rübdə isə 74 dollar/barel səviyyəsində gözləyirlər. "WTI" markalı neftin "Brent"dən 4 dollar aşağı ticarət ediləcəyi gözlənilir.
Analitiklər 2026-cı ildə əlavə tədarük həcmini orta hesabla sutkada 1,3 milyon barel səviyyəsində proqnozlaşdırırlar.
2026-cı il üçün "Brent" markalı neftin qiyməti qlobal bazarda gündəlik 900 min barel profisiti ilə 71 dollar/barel proqnoz edilir.
Ekspertlər hesab edirlər ki, inkişaf etməkdə olan iqtisadiyyatların böyüməsi sayəsində neftə tələbat "növbəti onillikdə" də artmağa davam edəcək. Onların qənaətincə, hava nəqliyyatı və neft-kimya məhsullarının karbondan təmizlənməsi növbəti 10 il ərzində problem olaraq qalacaq.
Adəm Abbaslı
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı






.jpg)










.jpg)









.jpg)




.jpg)



