Serbiyada 3 günlük matəm elan olundu (VİDEO)
Bizi izləyin

Dünya

Serbiyada 3 günlük matəm elan olundu (VİDEO)

Serbiyada 3 günlük matəm elan olunub. Balkanlarda baş vermiş təbii fəlakət 50-ə yaxın insanın həyatına son qoyub. Regionu cənginə almış daşqınlar və torpaq sürüşmələri qanlı müharibədən keçmiş xalqların etnik ədavətini bir anlıq unutdurub.


Serbiya ölkə tarixində ən çox itkili daşqınları ilə üzləşib. Onminlərlə insan su basmış evlərindən didərgin düşüb. Obrenovac şəhəri ən çox ziyan çəkən ərazilərdən sayılır. Şəhər artıq bir neçə gündür ki, sel suları altında qalıb. Şəhərdə artıq 14 nəfərin öldüyü təsdiqlənib. Serbiya höküməti ölənlərin xatirəsi üçün 3 günlük matəm elan edib. 14 min sakinin evakuasiya olunub.


Bosniyanın Doboy şəhərində yerli sakinlər daşqınların fəsadlarını aradan qaldırmağa başlayıb. Temperatur yüksəlməyə başladığından, infeksion xəstəliklər yayılmasın deyə, sakinlər təmizlik işləri aparır.


Bosniyanın Visoko şəhərində sel suları müharibə dönəmlərində quraşdırılmış minaları yerindən tərpətdiyi ehtimal olunur. Minaların yerini müəyyən etmək üçün şəhərə xeyli sayda istehkamçı cəlb olunub. Ölkəyə dəyən ziyanın milyardlarla dollara çatdığı bildirilir. Bosniya höküməti beynəlxalq ictimaiyyətə yardım üçün müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm