Danimarkalı nazirdən Məhəmməd peyğəmbərlə bağlı ŞOK ADDIM
Bizi izləyin

Dünya

Danimarkalı nazirdən Məhəmməd peyğəmbərlə bağlı ŞOK ADDIM

Danimarkanın immiqrasiya və inteqrasiya naziri İnger Stöberg Məhəmməd peyğəmbəri təhqir edən karikaturanı paylaşıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir karikaturanı sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

O, Danimarka nəşri “Jyllands Posten” tərəfindən 2005-ci ildə dərc olunan 12 karikaturanın Viborg şəhərində keçirilən “Reformlardan bu yana sənətdə dini təhqir” adlı sərgidə yer almamasını tənqid edib.

“Biz Məhəmmədin karikaturalarından qürur duymalıyıq”, - nazir sosial şəbəkədə yazıb.

Danimarkanın baş naziri Lars Lökke Rasmussen Stöberglə eyni fikirdə olmadığını və sözügedən karikaturalarla qürur duymadığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm