Poroşenko Putinlə görüşmək istəyir
Bizi izləyin

Dünya

Poroşenko Putinlə görüşmək istəyir

Poroşenko Putinlə görüşmək istəyir

Ukraynada prezident seçkilərində liderlik edən Pyotr Poroşenko iyun ayının birinci yarısında Rusiya rəhbərliyi ilə görüşmək niyyətindədir.

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə onun özü mətbuat konfransında bildirib.

O, etiraf edib ki, ölkənin cənub-şərqindəki vəziyyəti Moskvanın iştirakı olmadan normallaşdırmaq mümkün deyil: “Rusiya bizim ən böyük qonşumuzdur. Biz Putinlə bir-birimizi tanıyırıq”.

Qeyd edək ki, Ukrayna prezident seçkilərində səslərin 70,08 faizi sayılıb. Hazırkı nəticələrə görə, P.Poroşenko 53,75 faiz səs yığıb. Onun ən yaxın izləyicisi Yuliya Timoşenko isə 13,11 faiz səs toplayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm