Dünya
Yeni uşağa adqoyma fəlakətlə NƏTİCƏLƏNDİ - Ölü və yaralılar var
Türkiyənin Osmaniye vilayətində yeni doğulan uşağa ad qoyma üzündən iki ailə arasında baş verən qarşıdurma ölümlə nəticələnib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, daşlar və dəyənəklərdən sonra odlu silahdan da istifadə edildiyi qarşıdurmada 1 nəfər ölüb, 7-si yaralanıb.
Yeni doğulmuş uşağa qoyulacaq adla bağlı fikir ayrılıqları olan ailələr arasında, iddiaya görə, daha əvvəlcədən də soyuq münasibətlər var idi. Mübahisələrin nəticəsi olaraq, uşağın anası atası evinə gedib. Mübahisələrə hər iki ailənin üzvlərinin də qarışması vəziyyəti daha da pisləşdirib.
Hərbi xidmətdən məzuniyyətə gələn Musa Çeçen (uşağın dayısı) tüfənglə vurularaq öldürülüb. Yaralanan 7 nəfər isə Osmaniyedə müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisəyə görə 10 nəfər saxlanılıb.
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...