Ankarada qətlə yetirilən səfirin büstü qoyuldu
Bizi izləyin

Dünya

Ankarada qətlə yetirilən səfirin büstü qoyuldu

Ankarada Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun büstünün açılışı olub.

Publika.az xəbər verir ki, açılışda Türkiyə və Rusiyadan rəsmi şəxslər, diplomatlar, mərhum səfirin ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edənlər böyük diplomatik təcrübəyə malik mərhum A.Karlovun həyat yolundan, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafı yolunda göstərdiyi səylərdən danışıblar.

Xatırladaq ki, səfir Andrey Karlov ötən il dekabrın 19-da Ankara Müasir İncəsənət Mərkəzində sərginin açılışı zamanı qətlə yetirilib. Qətildən dərhal sonra Türkiyə və Rusiya tərəfləri dövlət səviyyəsində açıqlama veriblər ki, bu, terror aktıdır və iki ölkə arasındakı münasibətləri pozmaq məqsədi daşıyır. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm