Rusiya diplomatları Yəməni tərk etdilər
Bizi izləyin

Dünya

Rusiya diplomatları Yəməni tərk etdilər

Rusiyanın Yəməndəki səfirliyinin bütün əməkdaşları bu ölkəni tərk ediblər.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, səfir və diplomatik korpusun əməkdaşları öz missiyalarını Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində davam etdirəcəklər: “Sənadakı vəziyyəti nəzərə alaraq Rusiya diplomatlarının Yəməndəki fəaliyyətinin müvəqqəti olaraq dondurulmasına qərar vermişik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm