Fələstində üçüncü “intifada” BAŞLANDI
Bizi izləyin

Dünya

Fələstində üçüncü “intifada” BAŞLANDI

Fələstinin “Həmas” hərəkatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması barədə qərarına etiraz olaraq üçüncü “intifada”nın - üsyanın başlandığını elan edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu “Həmas”ın mətbuat katibi Abdulativ Alkanu deyib.

"Biz ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü "intifada"nın başlandığını bildiririk. Artıq Qəzza zolağında "intifada"nın başlanması səbəbilə etirazlar artır", - A.Alkanu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm