Polis gənc siyasətçiyə metroda təcavüz etdi
Bizi izləyin

Dünya

Polis gənc siyasətçiyə metroda təcavüz etdi

Gənc siyasətçi Nicolai Öster metro stansiyasındakı bankomatdan pul çəkmək istəyərkən polis tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib.

Gənc siyasətçi Nicolai Öster metro stansiyasındakı bankomatdan pul çəkmək istəyərkən polis tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib.

Publika.az xəbər verir ki, Danimarkanın Liberal Müttəfiq Partiyasının (LMP) gənclər təşkilatının sədr müavini Nicolai Öster polis tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib. Nicolainin dediyinə görə paytaxt Kopenhagendə bir metro stansiyasındakı bankomatdan pul çəkməyə çalışdığı zaman yanına gələn bir polis məmuru onunla danışmaq istədiyini bildirib. Daha sonra onu bir otağa apararaq üstünü axtarmağa başlayıb. Polis məmuru “edəcəkələrim kameraya düşməsin” deyib Österin telefonunu qırağa qoyub. Daha sonra is Österin şalvarını aşağı çəkərək əlindəki əl fənəri ilə təcavüz edib.

Danimarka qanunlarına görə adını açıqlamaq məcburiyyətində qalan polis məmuru Österinə tələbinə qarşı çıxaraq adını açıqlamayıb. Öster adını açıqlamayan polis məmuru haqqında prokurorluğa şikayət edib.

Şikayətdən sonra təcavüzkar polis məmuru haqqında hüquqi ölçü götürülməsi gözlənilir. Partiya funksionerləri də Ədliyyə Nazirliyindən və Daxili İşlər Nazirliyindən həmin polisi deşifrə edərək işdən qovulmasını istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm