Keçmişi Trampdan əl çəkmir - Xəyanət İDDİASI - - VİDEO
Bizi izləyin

Dünya

Keçmişi Trampdan əl çəkmir - Xəyanət İDDİASI - - VİDEO

Tramp cütlüyü arasında qalmaqal böyüyür. Bu dəfə isə səbəb ABŞ prezidenti Donald Trampın illər əvvəl həyat yoldaşına xəyanət etməsi ilə bağlı yayılan məlumatlardır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Melaniya Trampla həyat yoldaşı arasında gərginlik davam edir.

Buna görə də o növbəti dəfə təyyarədən enəndə həyat yoldaşının əlini tutmaqdan imtina edib. D.Tramp onun əlini tutmağa çalışsa da, Melaniya çətinliklə də olsa əlini ondan “xilas edib”. Tramp Melaniyanın ancaq bir barmağını tuta bilib.

Cütlüyün münasibətlərinin pozulmasının səbəbi son dövrlər erotik filmlərin ulduzu olan Stormi Danielslə gizli eşq macərası ilə gündəmə gəlməsidir.

Məlumata görə, D.Trampın vəkili Mişel D.Cohen Danielsin susması üçün ona 130 min dollar verdiyini açıqlamasından sonra, S.Daniels Tramp ilə keçirdiyi gecə haqqında danışmağa hazır olduğunu deyib.

İddiaya görə D.Tramp oğlu Barronun doğulmundan bir müddət sonra S.Danielslə münasibətdə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm