Moskvada bazar direktorunu snayperlə vurdular
Bizi izləyin

Dünya

Moskvada bazar direktorunu snayperlə vurdular

Moskvada bazar direktorunu snayperlə vurdular

Bu gün saat 10 radələrində Moskvanın Odintsovo rayonunda yerli bazarın direktoru Sergey Jurbuya sui-qəsd olub.

Publika.az İnterfaksa istinadən bildirir ki, Jurbu həm də Odintsovo şəhər bələdiyyəsinin üzvü olub. Biznesmen Mojayski şosesində yerləşən ofisinə daxil olarkən snayper tərəfindən vurulub. Onu yaralı halda xəstəxanaya çatdırıblar. Həkimlər Jurbunun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi qaldırıb.

Həmçinin bildirilir ki, bu, Sergey Jurbuya ilk sui-qəsd deyil. 2010-cu ilin iyun ayında biznesmenin Range-Rover avtomobili gülləyə tutulmuşdu. O vaxt Jurbu və sürücüsü sağ qalsa da, mühafizəçisi aldığı güllə yaralarından ölmüşdü.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm