Gürcüstanda dövlət bayraqları endirildi
Bizi izləyin

Dünya

Gürcüstanda dövlət bayraqları endirildi

Gürcüstan Parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı günü elan olunub.

Publika.az report.az-a istinadən bildirir ki, bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssisələrində dövlət bayraqları endirilib.

Müstəqil Gürcüstan dövlətinin Sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sovet İşğalı günü ilə əlaqədar paytaxtda və bölgələrdə tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm