“Krım ssenarisi” bu dəfə Gürcüstanda
Bizi izləyin

Dünya

“Krım ssenarisi” bu dəfə Gürcüstanda

Gürcüstandan birtərəfli şəkildə ayrılan və dünyanın bir neçə ölkəsinin tanıdığı “Cənubi Osetiya Respublikası”nın Rusiyaya birləşməsi ilə bağlı çağırışların reallığa çevrilməsi çox yaxındır.

Publika.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, qondarma qurumda keçirilən “parlament seçkiləri”ndə Cənubi Osetiyanın Rusiyaya birləşməsi tərəfdarları qalib gəlib.

“Vahid Osetiya” Partiyası seçicilərin 44 faizinin səsini qazanıb. “Parlament seçkiləri”nin nəticəsi Cənubi Osetiyanın Rusiyaya birləşməsi üçün keçirilməsi təklif edilən referendum üçün yol açır.

Xatırladaq ki, hələ bu ilin əvvəlində “Cənubi Osetiya respublikası”nın ən böyük partiyalarından olan “Vahid Osetiya” ölkə rəhbəri Leonid Tibilova “Şimali Osetiya ilə birləşmək” üçün referendum keçirilməsi barədə müraciət hazırlayıb. Referendum iştirakçıları “Cənubi və Şimali Osetiyanı bir subyekt kimi Rusiyanın tərkibində görmək istəyirsinizmi?” sorğusunu cavablandırmalıdırlar. Partiya lideri Anatoli Bibilova görə, eyni referendum Rusiyada da keçiriləcək. Bunun üçün Rusiyadakı parlament partiyaları və ictimaiyyətlə böyük iş aparmaq tələb olunur.

Cənubi Osetiya lideri də bu regionun Rusiyanın daxilinə qatılmasını istisna etmir. L.Tibilov deyib ki, Cənubi Osetiya Rusiya federasiyasının tərkibinə daxil olmaq prosesinə ciddi hazırlıq mərhələsindədir. Tibilov hesab edir ki, vaxtı çatanda bölünmüş Osetiya xalqı birləşəcək.


Şimali Osetiya hazırda Rusiyanın tərkibindədir. Cənubi Osetiya 2008-ci ildən bəri de-fakto Gürcüstandan ayrılıb. Burada Rusiyanın hərbi qüvvələri yerləşir.

Cənubi Osetiyanın Rusiyaya birləşməsini çağırışlarını reallığa çevirən ən önəmli faktor, heç şübhəsiz ki, 27 iyun tarixinin yaxınlaşmasıdır. Həmin tarixdə Avropa Birliyi ilə Gürcüstan arasında assosiasiya müqavilənin imzalanması nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm