NATO Qara dənizə daha iki hərbi gəmi göndərir
Bizi izləyin

Dünya

NATO Qara dənizə daha iki hərbi gəmi göndərir

NATO Qara dənizə daha iki hərbi gəmi göndərir

NATO Qara dənizə 2 kəşfiyyat gəmisi göndərir.

Publika.az-ın Rusiya mətbuata istinadən verdiyi məlumata görə, yaxın günlərdə İtaliyanın “Elettra” və Fransanın “Dupuy de Lome” kəşfiyyat gəmiləri Qara dənizə daxil olacaq. Məlumata görə, gəmilər Rusiyanın Qara dəniz donanmasının hərbi obyektləri üzərində kəşfiyyat xidməti aparacaq.

“İtaliya hərbi dəniz qüvvələrinin “Elettra” kəşfiyyat gəmisi 8 iyunda Qara dənizə daxil olmağı planlaşdırırdı. Lakin gəmi hələlik dəniz akvatoriyasında yoxdur. Gəminin bu günlərdə gəlməsi mümkündür. Həmçinin, Fransanın “Dupuy de Lome” kəşfiyyat gəmisinin yaxın günlərdə Qara dənizə qayıtması gözlənilir. Bu gəmi may ayının sonunda Qara dənizi tərk etmişdi”, – Rusiya hərbi dəniz donanmasının baş qərargahından bildirilib.

Beləliklə, Qara dənizdə eyni zamanda xidmət aparan NATO gəmilərinin sayı 4-ə çatacaq. Hazırda Fransanın “Surcouf”freqatı və ABŞ hərbi dəniz qüvvələrinin “Vella Gulf” raket kreyseri Qara dənizdədir.

Montrö Boğazlar Razılaşmasına əsasən, Qara dəniz sahili olmayan ölkələrin hərbi gəmiləri burada 21 gündən çox qala bilməz. Konvensiyaya əsasən, “Vella Gulf” 13 iyun, “Surcouf” isə 18 iyundan gec olmayaraq Qara dənizi tərk etməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm