Dünya
Saakaşvilidən şok: "ATƏT Ukraynanı tələyə saldı"
Öz qeyri-adi fikirləri ilə seçilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili çoxlarını şoka salacaq açıqlama verib.
Axar.az xəbər verir ki, Ukraynanın TSN kanalında çıxışı zamanı Saakaşvili həm ATƏT-in Ukrayna üzrə yeni təyin olunan xüsusi nümayəndəsi Haydi Talyavinini, həm də Almaniya Xarici İşlər Nazirliyini ciddi tənqid atəşinə tutub. Saakaşvili bildirib ki, o, diplomat Talyavininin əməllərinə hələ 2008-ci ilin avqust hadisələrindən bələddir:
"ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndə qismində xanım Talyavinini təyin etməsi məni olduca narahat edir. Hazırda Avropada vəziyyət necədir? Görünən odur ki, sanki xanım Merkel ABŞ-ın Rusiyanın iqtisadi çöküş siyasətində mühüm rol alıb. Məlumdur ki, Rusiya böyük bir yanacaqdoldurma stansiyasını xatırladır. Siz Rusiyanın bu zəif yerindən vursanız, bu dövlət ciddi problemlərlə üz-üzə qalacaq. Putinin sonu çatacaq. Başqa məqam iqtisadi maraqlarla bağlıdır. Bir də Almaniyan Xarici İşlər Nazirliyi var. Hansı ki, Merkellə bir koalisiyadadır və Rusiyaya qarşı sanksiyaların tərəfdarı deyil. Ukraynalılar, 2008-ci ilin Cənubu Osetiya olaylarında olduğu kimi, ATƏT indi də xanım Talyavinini sizə soxuşdurur. Bəli, bəli, adı ilə demək lazımdır, məhz soxuşdurur. O vaxt Talyavini avqust hadisələrinin araşdırılması komissiyasına rəhbər təyin olunmuşdu. Bəli, həmin vaxt o, faktları olduğu kimi qeyd etmişdi. Lakin Almaniya Xarici İşlər Nazirliyi onu qarşısında oturdaraq bildirmişdi ki, bəli, faktlar olduğu kimi yazılıb, amma son rəsmi sənəddə elə göstərilməlidir ki, Rusiya sanksiyalarla üzləşməsin, elə yazılmalıdır ki, tərəflərin ikisi də günahkar olsun: həm Gürcüstan, həm də Rusiya.
Yeri gəlmişkən, o vaxt da Almaniyanın Xarici İşlər nazırı hazırkı nazır idi. Bir sözlə, indi də bunu Ukraynaya tətbiq etməyə çalışırlar. Ölkəniz üçün ən önəmli və həlledici məqamda bu xanımı soxuşdururlar. Baxarsınız, elə edəcəklər ki, Rusiya sudan quru çıxacaq".
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi