Özbəkistan türkdilli ölkələrdən niyə qaçır?
Bizi izləyin

Dünya

Özbəkistan türkdilli ölkələrdən niyə qaçır?

Özbəkistan türkdilli ölkələrdən niyə qaçır?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Özbəkistanın Türkdilli Dövlətlərin Zirvə toplantısına qatılmaması ilə bağlı maraqlı fakt açıqlayıb.

Q. Hüseynli Publika.az-a açıqlamasında deyib ki, rəsmi Daşkənd 2005-ci ildə baş vermiş Əndincan qiyamında Türkiyə və Azərbaycanın əlinin olmasından şübhələnirdi: “İlk əvvəl Özbəkistan bu zirvə toplantılarına qatılırdı. İstanbul sammitində mərhum Heydər Əliyev Dağlıq Qarabağ məsələsini gündəliyə salmaq istəyəndə türkmənbaşı ilə İslam Kərimov buna etiraz etmişdilər. İslam Kərimov dedi ki, onlar siyasi məsələlərin gündəliyə salınmasının tərəfdarı deyillər, əsas prioritet iqtisadi məsələlər olmalıdır. Daha sonra 2005-ci ildə Əndincan qiyamı baş verdi. Kərimov hesab edirdi ki, bu qiyamı Türkiyə təşkil edib. Azərbaycan isə qiyamın təşkilatçılarının Özbəkistana gəlməsinə, onların təlimatlandırılmasına və maliyyələşməsinə yardım edib. Yəni dolayısı ilə Azərbaycan Özbəkistandakı qiyama dəstək verib”.

Q. Hüseynli qeyd edib ki, siyasi məsələlərin gündəliklərə salınması və Əndincan qiyamı ilə bağlı məsələdən sonra rəsmi Daşkənd türkdilli dövlətlərdən üz çevirdi.

“Lakin sonradan həmin qiyamın anatomiyası aydın oldu və Türkiyə ilə Azərbaycanın orda əlinin olmaması üzə çıxdı. Hesab edirəm ki, hazırda Rusiyadan ayrılmağa çalışan Özbəkistan Türkdilli dövlətlərlə münasibətlərə fərqli yanaşacaq”,– deyə sabiq dövlət müşaviri vurğulayıb.

Qeyd edək ki, 2005-ci ilin mayında Əndincan şəhərində keçirilən mitinqlərdə silahlar işə düşdü. Qeyri-rəsmi məlumatlara görə, 200 nəfərə yaxın etirazçı öldürülüb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm