Qərbin son ümidi “NABUKKO”
Bizi izləyin

Dünya

Qərbin son ümidi “NABUKKO”

Qərbin son ümidi “NABUKKO”

"Nabukko"yəqin ki, bu ad indi kiməsə heç nə xatırlatmır. "Nabukko" təkcə opera adı deyil. Bir daha xatırladaq ki, "Nabukko" həm də Avropanı qazla təmin edəcək qaz kəməri layihəsidir.

"Nabukko" Xəzər dənizindən start götürərək Avstriyaya qədər uzanmalı idi. Layihənin əsasını isə Azərbaycan və Türkmənistan qazı təşkil edirdi. Əslində, bu layihənin məqsədi Avropanı Rusiyanın qaz asılılığından qurtarmaq idi. Amma Moskva “Cənub axını” qaz kəməri layihəsi "Nabukko"nu arxa plana atdı.

Son günlər Rusiyanın Ukrayna siyasəti yenidən "Nabukko"nu gündəmə gətirir.

Artıq bir sıra ölkələr "Cənub axını"ndan çıxdığını açıqlayır. Bu proseslər isə ABŞ-ın və Avropa İttifaqının diktəsi ilə baş verir.

Yaxın günlərdə "Nabukko" ilə bağlı danışıqların yenidən canlanacağı gözlənilir. Qərb bununla da son günlər yaxınlaşma müşahidə olunan Azərbaycan Rusiya əlaqələrinə müdaxilə etmək istəyəcək.

Ekspertlərin fikrincə, Türkdilli Dövlət başçılarının Bodrum görüşünə qatılan Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedovla bu istiqamətdə danışıqlar aparılıb. Güman olunur ki, Ankara bu işdə vasitəçi olmağı boynuna götürüb.

Avropa komissiyasının prezidenti Manuel Barrozonun tez-tələsik Bakıya səfərinin əsas məqsədi də elə "Nabukko"nu müzakirə etməkdir. Bu səfərdə diqqətçəkən bir məqam isə Barrozonun regiona səfər edəcəyi halda Ermənistana getməməsidir.

Amma bu layihənin həyata keçməsində əsas söz sahibi yenə Azərbaycandır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm