BMT də Bağdaddan çıxdı
Bizi izləyin

Dünya

BMT də Bağdaddan çıxdı

BMT təhlükəsizlik tədbirləriylə əlaqədar Bağdaddan öz əməkdaşlarının bir hissəsini çıxarır.

BMT təhlükəsizlik tədbirləriylə əlaqədar Bağdaddan öz əməkdaşlarının bir hissəsini çıxarır.

Bu haqda ümumdünya təşkilatının rəsmi nümayəndəsi Farxan Xak xəbər yayıb.

"Bu gün 58 əməkdaş Bağdaddan Omana və İordaniyaya yerləşdirilib", - deyə Farxan Xak İraqda vəziyyətin pisləşməsiylə əlaqədar jurnalistlərə bildirib.

Onun sözlərinə görə, daha sonra onların İraqın Ərbil şəhərinə köçürülməsi planlaşdırılır. "Artıq Bağdaddan əməkdaşların köçürülməsi faktı orada vəziyyətin ciddiliyi haqqında xəbər verir", - deyə Farxan Xak qeyd edib.

Xatırladaq ki, İraqda vəziyyət son günlərdə kəskin pisləşib. "İraq Şam İslam dövləti" qruplaşmasının döyüşçüləri Mosul və Tikrit kimi böyük şəhərləri tutublar və əsas niyyətləri Bağdadı ələ keçirməkdir.

İraq hərbi qulluqçuları ekstremistlərin güclü təzyiqi altında bu rayonlardan qaçıblar. Bir çox hərbçilərin əsir götürüldüyü deyilir. Terrorçular tərəfindən edam edilənlər haqda da xəbər yayılıb. Terrorçuların hərəkətlərinə cavab olaraq İraq hökuməti parlamentdən bütün ölkə üzrə fövqəladə vəziyyət elan etməyi tələb edib, ancaq cümə axşamı kvorum olmadığına görə parlament bu qərarı qəbul etməyib. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm