Ruhanidən İŞİD-ə təhdid – Yenilənib
Bizi izləyin

Dünya

Ruhanidən İŞİD-ə təhdid – Yenilənib

Ruhanidən İŞİD-ə təhdid – Yenilənib

Ruhanidən xəbərdarlıq: “Minlərlə adam İraqa getməyə hazırdır”

“İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatının İraqda şiələr üçün müqəddəs sayılan türbələrə hücum təşkil edəcəyi iddilarına İrandan sərt reaksiya gəlib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani ölkəsinin İraqdakı müqəddəs şiə məkanlarını “qatil və terrorçular”dan qorumaq üçün tərəddüd etməyəcəyini söyləyib.

Dövlət başçısı müqəddəs məkanları terrorçulardan qorumaq üçün minlərlə adamın İraqa getməyə hazır olduğunu dilə gətirib.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton isə ölkəsinin CNN kanalında qatıldığı proqramda maraqlı bir iddia ortaya atdı. O, İraq baş naziri Nuri əl- Malikinin Bağdadda İran xüsusi təyinatlıların komandiri ilə danışıqlar apardığını söylədi.

Klinton Tehranın Suriya prezidenti Bəşər Əsəd verdiyi dəstəyin eynisini Maliki hökumətinə də verə biləcəyini dilə gətirib.

Ömər Dağlı

12:45

İran İslam Respublikasının prezidenti İraqda baş verənlərlə əlaqədar sərt bəyanat verib.

Publika.az xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani "İraq Şam İslam Dövləti" (İŞİD) terrorçularının İraqın strateji bölgələrini işğal etməsi ilə əlaqədar təhdidedici bəyanat verib. Belə ki, İran İslam Respublikasının prezindeti İraqdakı İŞİD böhranı ilə əlaqədar “İraqda şiələrin hansısa bir müqəddəs ziyarətgahına hücum olarsa, onu qorumaqda tərəddüd etmərik” deyib.

Xatırladaq ki, vəhhabilərdən ibarət İŞİD terrorçu qruplaşması İraqda bir çox bölgələri işğal edib. Və sünnilərə toxunmadıqları halda, kütləvi olaraq şiələri öldürməklə məşğuldur.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm