“Öcalan gələn il bu meydanda sizə salam verəcək” – Şok iddia
Bizi izləyin

Dünya

“Öcalan gələn il bu meydanda sizə salam verəcək” – Şok iddia

“Öcalan gələn il bu meydanda sizə salam verəcək” – Şok iddia

Türkiyə Xalqların Demokrat Partiyasının (HDP) İstanbul millət vəkili Sırrı Sürəyya şok bir iddia ilə çıxış edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, millət vəkili Diyarbəkrdə təşkil edilən “Həll və azadlıq” mitinqində PKK lideri Abdullah Öcalanın azadlığa çıxacağı tarixi açıqlayıb.

İmralı adasında həbsxanada olan A.Öcalanın son salamını mitinq iştirakçılarına çatdıran S.Sürəyya “demokratiya mübarizəsi bu şəkildə davam etdirilsə, gələn il Öcalanın özü bu meydandan sizə salam verəcək” deyib. Diyarbəkr Stansiya Meydanında keçirilən mitinqə təxminən 10 min adam qatılıb. Mitinq iştirakçıları PKK liderinin lehinə kürd və türk dilində şüarlar səsləndirib, Öcalanın azadlığa buraxılmasını tələb edən plakatlar asıblar.

HDP-nin İstanbul millət vəkili min dövlətin ordusunun belə kürd xalqını onun öndərindən ayıra bilməyəcəyini söyləmək üçün meydana toplaşdıqlarını deyib.

“Kimsə unutmamalı, Öcalan həbsdə olduqca sülh da həbsdə olacaq. Biz Öcalanın azadlığını müdafiə edərkən, əslində, sülhü müdafiə edirik”, - S.Sürəyya vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm