Sabiq prezidentlər birgə bəyanat verdilər
Bizi izləyin

Dünya

Sabiq prezidentlər birgə bəyanat verdilər

Sabiq prezidentlər birgə bəyanat verdilər

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşenko birgə bəyanat yayıb.

Publika.az-ın verdiyi xəbərə görə, birgə bəyanatda Ali Radaya növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı prezident Pyotr Poroşenkonun mövqeyi dəstəklənir.

Bəyanatı “Bizim Ukraynamız” Partiyası Siyasi Şurasının başçısı İrina Vannikov “facebook” səhifəsində yerləşdirib. “Bu parlament Ukrayna xalqının iradəsini təmsil etmək hüquqlarına malik deyil”, – prezidentlərin bəyanatında deyilir.

Sabiq prezidentlər həmçinin Avropa Birliyi və ABŞ-ı Rusiyaya qaşı növbəti sanksiyalar qəbul etməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm