Terrorçular Poroşenkonun “sülh planı”na cavab verdilər
Bizi izləyin

Dünya

Terrorçular Poroşenkonun “sülh planı”na cavab verdilər

Ötən gün ərzində terrorçular Ukraynanın Donetsk və Luqansk vilayətlərinin 6 rayonunda terror aktları həyata keçiriblər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “facebook”dakı səhifəsində Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk bildirib.

Terror aktlardan biri İlovaysk-Kuteynikovo dəmir yolunda həyata keçirilib. Partlayış nəticəsində 14 vaqon relsdən çıxıb. Yük qatarın lokomotiv briqadasının zərər çəkmədiyi bildirilir.

Hərbi ekspertin sözlərinə görə, Ukrayna antiterror gücləri prezident Pyotr Poroşenkonun açıqladığı “sülh planı”na ciddi riayət edir. O, atəşin yalnız terrorçuların hücumlarına cavab olaraq açıldığını deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko üç gün əvvəl ölkənin şərqinə səfəri çərçivəsində “sülh planı”nın son variantını təqdim edib. “Sülh planı” 15 bənddən ibarətdir.

Lakin terrorçular elə ilk gündə “sülh planı”na əməl etmək niyyətində olmadıqlarını göstərdilər. Donetsk vilayətinin “İzvarino” sərhəd buraxılış məntəqəsinə hücum nəticəsində Ukrayanın 6, Rusiyanın isə 1 sərhədçisi yaralanmışdı.

Rusiya isə Poroşenkonun “sülh planı”na dərhal qarşı çıxıb. Rusiya prezidentinin mətbuat xidmətindən yayılan açıqlama bildirilir ki, “sülh planı” əslində ultimatumdur. Açıqlamada əsas element olan danışıqlara başlamaq təklifinin olmadığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm