• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Bu, mesaj idi: Qarabağ müharibəsi Moskvanın sayəsində qazanılıb”

  • Dünya
  • 24 İyun 2014 14:01
  • 1 298 Baxış
“Bu, mesaj idi: Qarabağ müharibəsi Moskvanın sayəsində qazanılıb”

Xəbər verdiyimiz kimi, dünən səhər tezdən Ermənistan paytaxtı Yerevanın səmasında Rusiya “MİQ-29” qırıcıları uçmağa başlayıb. Rusiya qırıcılarının göstərdiyi aviaşouda Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri, Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin və digər rəsmi şəxslər iştirak edib.

Publika.az Moskvanın erməni paytaxtının səması üzərində güc nümayişinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ilə eyni vaxtda düşməsinə diqqət çəkmişdi.

Ermənilərin özləri də aviaşounun Lavrovun səfəri ilə eyni vaxta düşməsini təsadüfi hesab etmir. Siyasi müşahidəçi Akop Badalyanın qənaətinə görə, aviaşounun Rusiya xarici işlər nazirinin səfəri ilə eyni vaxta düşməsi Moskvanın müəyyən mesajlarının olduğunu göstərir.

“Belə fikirləşmək olar ki, Yerevandakı aviaşou Moskvanın Bakıya ünvanladığı mesaj idi. Belə ki, Moskva Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə etməyə çalışır. Amma göründüyü kimi aviaşounun hədəfi Ermənistan vətəndaşlarına mesaj vermək idi. Hərbi aviasiya erməni vətəndaşlarının psixologiyasına təsir etmək üçün güclü alət rolunda idi. Məsələ ondadır ki, son zamanlar erməni cəmiyyətində antirus proseslər gedir. Rusiyanın “tək və əvəzolunmaz” statusunun dəyişdirilməsi barədə fikirlər səslənir. Rusiya aviaşou ilə yaranmış stereotipləri ləğv etdi. Göstərdi ki, Rusiya xilaskardır və Qarabağ müharibəsi Moskvanın sayəsində qazanılıb”.

Erməni ekspert yaranmış vəziyyətdə Kremldə iki variantın olduğunu bildirir: Ya reallıqları qəbul edərək dialoqa getmək və tərəfdaşlarına hörmət etmək, ya da özü haqqında mifləri saxlamaq üçün başqalrını müharibə ilə şantajı etmək.

“Rusiya hazırda ikinci variantı seçir. Rusiya heç vaxt Ermənistanın maraqlarını tanımaq istəməyib. Çünki erməni maraqları özünün maraqları ilə qətiyyən uyğun gəlmir”,– A.Badalyan sonda deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR