Poroşenko əmr verdi: Tərəddüd etməyin
Bizi izləyin

Dünya

Poroşenko əmr verdi: Tərəddüd etməyin

Ukrayna atəşkəs rejimindən çıxmasını istisna etmir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri güc strukturları ilə görüşündə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

Prezident Administrasiyasından verilən məlumatda dövlət başçısının terrorçuların atəşinə tərəddüdsüz cavab atəşi açmağı əmr etdiyi bildirilib.

“24 iyunda separatçılar Donetskdə keçirilən üçtərəli görüşdə atəşkəs rejiminə riayət etmək barədə vədinə axmayaraq, Ukrayna silahlı qüvvələrinə məxsus vertolyotu vurublar. Nəticədə Ukrayna ordusunun doqquz hərbçisi həlak olub. Prezidentin sülh planının elan edilməsindən bu yana terrorçular 35 dəfə Ukrayna hərbçilərinə atəş açıb”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm