Ukraynda vəziyyət gərginləşir – Separatçılar hücuma keçib
Bizi izləyin

Dünya

Ukraynda vəziyyət gərginləşir – Separatçılar hücuma keçib

Ukrayna prezidentinin açıqladığı sülh planından sonra ölkənin şərqində nisbətən sabitləşən vəziyyət dünəndən gərginləşib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, təxminən 250 terrorçu antiterror güclərinin Kramatorsk yaxınlığındakı mövqelərinə doğru irəliləyir.

Sayt bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsinə istinadən bildirib. Hərbi ekspert terrorçuların Kramatorsk yaxınlığında aktivləşdiklərini qeyd edib.

D.Tımçuk həmçinin antiterror güclərin Luqansk vilayətinin Antrasit rayonundakı blokpostların artilleriya toplarından atəşə tutulduğunu bildirib. O, Ukrayna hərbçiləri arasında itkilərin olmadığını yazıb.

Xatırladaq, dünən P.Poroşenko atəş rejiminin vaxtından əvvəl ləğvinin istisna edilmədiyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm