Obama İŞİD-də döyüşən avropalılardan danışdı – SOS
Bizi izləyin

Dünya

Obama İŞİD-də döyüşən avropalılardan danışdı – SOS

Suriya və İraqda mübarizə aparan Avropa Birliyi ölkələrinin vətəndaşları ABŞ üçün təhlükə yaradırlar.

Axar.az xəbər verir ki, Obama ABC kanalına olan müsahibəsində bəzi avropalıların hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya getdiyini bildirərək qeyd edib:

“İndi onlar eyni məqsədlə İraqa da gedə bilərlər. Sonra öz ölkələrinə qayıda, Avropa pasportuna sahib olduqları üçün ABŞ-a da vizasız daxil ola bilərlər”.

Obamanın sözlərinə görə, son bir neçə ildə ABŞ-ın strateji araşdırma mərkəzi belə təhlükələri yaxından izləyir:

“Biz bu istiqamətdə tədbirləri gücləndirməliyik. Bu, vacib vəzifəyə xüsusi qüvvələr təyin olunacaq”.

Xatırladaq ki, Amerikanın araşdırma mərkəzinin verdiyi məlumata görə, Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan suriyalı hərbiçilərin sırasında çoxu avropalı olan 12 mindən çox xarici vətəndaş vuruşur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm