İsrail əməliyyat adlarını Tövratdan seçir - Şok
Bizi izləyin

Dünya

İsrail əməliyyat adlarını Tövratdan seçir - Şok

Qəzza Universitetinin Ədəbiyyat fakültəsinin dekanı Əbu Amir İsrailin Fələstinə qarşı apardığı hərbi əməliyyat adlarının Tövratdan seçdiyini və bu adların dini-siyasi mesaj olduğunu açıqlayıb.

Publika.az-ın məlumatına görə, “Tökmə Güllə”, “İsti Qış”, “Bulud Sütunu”, “Yaz Yağmuru”, “Payız Buludları” və son olaraq qaçırıldığı iddia edilən 3 yəhudinin tapılması üçün İsrailin başladığı “Qardaşların evə dönüşü” əməliyyatlarının adının təsadüfi olmadığı bildirilir.

Qəzzanın Əl-Ümmə Universitetinin Ədəbiyyat Fakültəsinin dekanı Adnan Əbu Amir İsrail ordusunda “Mənəviyyat qruplaşması” və ya “Psixoloji müharibə qrupu” adlı birləşmələrin olduğunu bildirərək bu qrupların əsas vəzifəsinin keçirilən əməliyyatlara ad verilməsi olduğunu bildirib.

“Qardaşların Evə Dönüşü”

Əbu Amir itkin düşmüş 3 Yəhudi gəncin tapılması üçün aparılan əməliyyata “Qardaşların Evə Dönüşü” adının verilməsinin dini və siyasi motiv daşıdığını deyərək “Əməliyyat adları dini arqumentlərlə İsrail əsgərlərini motivasiya etmək, fələstinliləri isə qorxutmaq məqsədi daşıyır”- deyə bildirib.

“Gecə gündüz irəliləmək üçün Rəbb gündüz bir bulud sütunu içində yol göstərərək, gecə bir atəş sütunu içində işıq verərək onlara rəhbərlik edirdi” Tövratın bu ayəsini tərcümə edən alim 2012-ci il hadisələrində bu addan istifadə edildiyini bildirir: “2012-ci ilin noyabr ayında Qəzzəyə hücum zamanı əməliyyata “Bulut Sütunu” adı verilmişdi. Bu ifadə, Misirdə Firondan qaçan yəhudilərə, Allahın düzgün yola doğru getmələrinə icazə verdiyi şəkildə şərh olunur. “Kenan” bölgəsinə çatana qədər buludların onları yoldaşlıq etdiyi, üsyan və ya narazılıq anlarında belə onları bir an olsun tək buraxmadığı təsvir olunur”.

Qeyd edək ki, İsrail mütəxəssisi Antoyne Şalhat isə əməliyyat adlarının adi ad olmadığını, bunların dərin bir araşdırma nəticəsində seçildiyini bildirib: “Hər əməliyyat xüsusi olaraq adlandırılır, hər biri də ictimaiyyətə yönəlir. Seçilən adların əksər hissəsi Tövrat mətnlərinə söykənir. Din faktoru ordunun Fələstinlilər əleyhinə təşkil olunan əməliyyatlarda əhəmiyyətli rol oynayır. Bu səbəbdən də əməliyyat adları ilə əsgərləri hərəkətə gətirmək çox asan olur. Əsgərlər Talmuda söykənən dini əqidəyə xidmət etdiklərini düşündükləri üçün qırğınlar törədərkən qadına, uşağa baxmırlar”.

“Müdafiə Qalxanı”

2002-ci ilin aprelində İsrailin Fələstinə qarşı apardığı hərbi əməliyyatların gizli adı. Bu əməliyyatlarda 29 İsrail əsgəri, 200-dən çox fələstinli həyatını itirib. Təxminən 5 min fələstinlinin əsir alındığı bu əməliyyat, İsrailin 1967-ci ilin iyunundan bəri törətdiyi ən dəhşətli əməliyyatlardan biri sayılır.

“Yaz Yağmuru”

Fələstin özünümüdafiə dəstələrinin 25 iyun 2006-cı ildə İsrail əsgəri Gilad Şalitin əsir alınmasından 2 gün sonra İsrailin Qəzzada başladığı hərbi əməliyyata verilən ad. Qeyd edək ki, Həmas təşkilatı 19 oktyabr 2011-ci ildə, 5 il əsir saxlanılan Şalitin qarşılığında İsrail həbsxanalarında saxlanılan 1027 fələstinlinin azad olunmasını təmin etmişdi.

“Payız Buludları”

İsrailin Qəzzaya təşkil etdiyi hücum nəticəsində 78 fələstinlinin öldürüldüyü əməliyyata verilən addır. 2006-cı ilin noyabrında baş verən bu əməliyyatda bir ailədən 18 nəfərin öldürülməsi dünya gündəminə müzakirə mövzusu olmuşdu.

“İsti Qış”

Fələstinli özünümüdafiə batalyonlarının raketlərinin qarşısının alınması üçün 2007-2008-ci illərdə təşkil edilən bu əməliyyatda 120 fələstinli həyatını itirib, 350-dən çoxu isə yaralanmışdı. Uzun sürən qarşıdurmalar əsnasında İsrail hərbi əməliyyatları “Evdən Evə Döyüş”, “Borcun ödənilməsi”, “Azı dişin çəkilməsi” kimi adlandırıb.

“Tökmə Güllə Əməliyyatı”

İsrailin 27 dekabr 2008-ci ildə başladığı və 18 Yanvar 2009-cu ildə başa çatdırdığı hərbi əməliyyat. Əməliyyat nəticəsində minlərlə adam ölmüş və yaralanmışdı. Müharibələr tarixində ən dağıdıcı hesab olunan bu əməliyyat nəticəsində Qəzzanın məskunlaşma əraziləri və infrastrukturu yerlə-yeksan edilmişdi.

“Bulud Əməliyyatı”

2012-ci ilin noyabrında baş verib. 8 gün davam edən bu əməliyyatda onlarla adam həyatını itirdiyi yüzlərlə insanın yaralandığı bildirilir.

- See more at: http://axar.az/news/22574#sthash.3HRegT68.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm