Krımda Ukrayna üçün diversant bazası yaradılır
Bizi izləyin

Dünya

Krımda Ukrayna üçün diversant bazası yaradılır

Rusiya diversantların hazırlanması üçün Krımda hərbi baza yaradır.

Publika.az-ın Ukraynanın TSN telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası informasiya mərkəzinin rəhbəri Andrey Lısenko keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bazada təlim alacaq diversantlardan Ukraynanın materik hissəsində terror aktların törədilməsində istifadə olunacaq. Hərbi bazanın Simferopol şəhərinin yaxınlığında yaradılması nəzərdə tutulur.

A.Lısenko qeyd edib ki, Rusiya Ukraynanın şərqinə muzdluların göndərilməsi və toplanması üçün Krımın ərazisindən istifadə etməkdə davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm