Hitlerdən sonra ilk dəfə: Almaniya xaricə qoşun göndərəcək
Bizi izləyin

Dünya

Hitlerdən sonra ilk dəfə: Almaniya xaricə qoşun göndərəcək

Almaniyanın yeni müdafiə naziri ölkəsinin xaricdə həyata keçirilən hərbi əməliyyatlarda daha fəal iştirak etmək niyyətində olduğunu bildirib.

Publika.Az xəbər verir ki, "Spiegel" jurnalına müsahibəsində nazir Ursula von der Leyen deyib ki, xaricdə kütləvi qətl və zorlamalar baş verdiyi bir halda Almaniya kənarda qalması düz olmaz.Alman qoşunlarının göndərilə biləcək yerlər barədə danışan Müdafiə naziri hazırda xristianlarla müsəlmanlar arasında qanlı münaqişənin baş verdiyi Mərkəzi Afrika Respublikasını misal kimi göstərib.

Son illər ərzində Almaniya beynəlxalq hərbi əməliyyatlarda iştirak etməkdən kənar durmağa üstünlük verirdi. Misal üçün Britaniya və Fransadan fəqrli olaraq, Almaniya Liviyadakı hərbi əməliyyatda iştirak etməmişdi.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm