Krımda cinayətkarlıq tüğyan edir – tatarları oğurlayırlar
Bizi izləyin

Dünya

Krımda cinayətkarlıq tüğyan edir – tatarları oğurlayırlar

Hüquq müdafiəçilərinin verdikləri məlumata görə, Krım Rusiyanın nəzarətinə keçdikdən sonra yarımadada cinayətkarlığın səviyyəsi dəfələrlə artıb. Krım əhalisi bu cinayətlərin bəziləri haqda əvvəllər yalnız televizordakı xəbərlərdən tanış idilər. İndi isə qorxu reallığa çevrilib.

Publika.az Senzor.net agentliyinə istinadən xəbər verir ki, ən çox cinayət hadisəsi Yalta, Yevpatoriya, Kerç, Baxçasaray və Feodosiyada qeydə alınıb.

Krım Məclisinin deputatı Nəriman Cəlalın söylədiyinə görə, indi siyası baxışlara görə oğurlananların sayı artıb: “Ukrayna Evi” təşkilatının 3 fəalı Leonid Korj, Timur Şaymardanov, Seyran Zinəddinov da oğurlanıblar. İndiyədək də yerlərini bilən kimsə yoxdur. Əvvəllər burada belə şeylər yox idi. Əminəm ki, bu oğurluqlar bizneslə bağlı deyil. Ukraynaya rəğbəti olanlar yoxa çıxır”.

Ukraynanı dəstəkləyən istənilən şəxs üçün təhlükə yaranır. Məsələn, bu yaxınlarda saxta referenduma qarşı çıxan ukraynalı rejissor Oleq Sençov yalançı ittihamlarla terror hazırlamaqda şübhəli bilinərək həbs olunub. Rejissoru Simferopolda həbs edib Moskvaya aparıblar.

Seçov, ən azı, payızadək Moskva həbsxanasında qalacaq.

Sosial şəbəkələrdə də Krıma istirahət etməyə gedən turistlərin müzakirələri diqqət çəkir. Çoxları qeyd edir ki, dəniz sahillərində istirahət etdikləri zaman onlara silahlı şəxs yaxınlaşıb, onların üstlərindəki pulları və avtomobilləri əllərindən alıbar. Geri qayıtmaq üçün onlara 500 rubl, yəni ancaq qatara minmək üçün bilet pulu verilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm