Yanukoviçin səlahiyyətləri azaldılacaq
Bizi izləyin

Dünya

Yanukoviçin səlahiyyətləri azaldılacaq

Ukrayna parlamentində Konstitusiyaya dəyişikliklər üzrə xüsusi komissiya yaradılacaq.Publika.Az–ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Regionlar Partiyasının parlament fraksiyasının rəhbəri Aleksandr Yefremov bildirib.

Deputat komissiyanın formalaşdırılması üçün müxalifət partiyaları ilə müzakirələrin aparılacağını deyib.

Qeyd edək ki, Ukrayna Konstitusiyasına sonuncu əlavə və dəyişikliklər 2010-cu ildə edilib. Həmin vaxt prezidentin səlahiyyətləri artırılıb. İndiki halda Konstitusiyaya ediləcək dəyişiklilərlə prezident səlahiyyətlərinin azaldılması nəzərdə tutulur.

A.Yefremov həmçinin bildirib ki, 16 Yanvar tarixində qəbul olunan qanunların ləğvindən cəmiyyət udub. “Burada uduzanlar və udanlar yoxdur. Bütovlükdə cəmiyyət uddu”,-deputat qeyd edib. O, etiraz aksiyalarında həbs olunanların amnistiyası haqqında qanun layihəsi üzərində də iş getdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm