Ukrayna iddia hazırlayır
Bizi izləyin

Dünya

Ukrayna iddia hazırlayır

Ukrayna höküməti “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın dünyada terrorçu təşkilatlar kimi tanınması üçün müraciət hazırlayır.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko Hollandiyanın xarici işlər naziri Frans Timmermansomla Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin vurulmasını müzakirə edərkən bildirib:

“Biz “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın dünya ictimayəti tərəfindən terrorçu təşkilatlar kimi tanınması üçün müraciət hazırlayırıq. Mən əminəm ki, tezliklə terrorçular üzərində məcburi məhkəmə olacaq və bütün günahkarlar layiqli cəzasını alacaq”.

Qeyd edək ki, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın rusiyameyilli silahlı dəstələri Ukraynanın şərqində separatçılığın qızışdırılmasında və yüzlərlə günahsız insanın ölümündə günahkar hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm