• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İsrail əsgəri qorxudan ağladı

  • Dünya
  • 22 İyul 2014 07:54
  • 577 Baxış
İsrail əsgəri qorxudan ağladı

İsrail xanım əsgəri, mərmi və sirena səslərini eşidərək qorxudan ağlamağa başlayıb. ANS PRESS-in məlumatına görə, onu sakitləşdirməyə gələn dostu da mərmiləri görəndə həyəcanını saxlaya bilməyib.

Bundan əlavə sosial şəbəkələrdə daha bir video yayılmağa başlayıb. Videoda israilli gənclər Həmas və onun atdığı raketlərdən necə qorxmadıqlarını başa salarkən sirena səsləri gəlməyə başlayır.

Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü. İsrail ordusunun Həmas tərəfindən atılan raketlərə qarşı 7 iyuldan başlanan istiqamətli hava hücumu, 17 İyul Fələstinə genişmiqyaslı quru əməliyyatı ilə əvəz edilib.

Birinci gecə minlərlə İsrail əsgərinin iştirakı ilə başlayan quru hərəkatında 39 Fələstinli ölüb, 400-dən çox adam yaralanıb. Xəbər verildiyinə görə əksəriyyəti mülki şəxs olan ölənlər arasında yenə də uşaqlar var. 12 gündür davam edən hücumlarda ölən ümumi fələstinli sayı 573-ə, yaralı sayı da 3 minə çatıb.

Fələstin höküməti həyatını itirənlər arasında 66 uşaq və 28 qadının olduğunu açıqlayıblar. Quru hərəkatı zamanı İsrail ordusu da 45 hərbiçisini itirib.

Bu arada İsrail ordusu 7 iyuldan bu yana cəmi 65 min ehtiyatda olan əsgəri geri çağırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR