Dünyada 700 min qadın erkən ərə verilir (FOTO)
Bizi izləyin

Dünya

Dünyada 700 min qadın erkən ərə verilir (FOTO)

"Dünyada 700 min qadın uşaq olarkən ərə verilir".

ANS PRESS-in məlumatına görə, bu haqda BMT-nin uşaq agentliyi olan UNİSEF xəbər yayıb.

UNİSEF iyulun 22-də xəbərdarlıq edib ki, əgər ölçü götürülməsə, 2050-ci ilə uşaqkən ərə verilən qızların sayı 1 milyardı keçəcək.

UNİSEF və Britaniya hökuməti hazırda “Qız Sammiti” adını alan tədbir keçirir.

Sammitdə çıxış edən Böyük Britaniyanın baş naziri David Kameron qızların uşaqkən ərə verilməsini qadağan etməyə çağırıb.

Qızların uşaqkən ən çox ərə getdiyi region Cənubi Asiyadır. Dünyada belə nikahların yarısı məhz Cənubi Asiyanın payına düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm