İsrailə uçuşlar dayandırıldı
Bizi izləyin

Dünya

İsrailə uçuşlar dayandırıldı

ABŞ və Avropanın bir sıra hava yolları şirkətləri İsrail-Fələstin qarşıdurması ilə əlaqədar olaraq uçuşlarını təxirə salmalı olub.

ANS PRESS-in məlumatına görə, Yaxın Şərqdə gedən qarşıdurmalara görə bəzi ölkələr Təl-Əviv istiqamətində olan resylərini dayandırıb.

ABŞ-ın "Delta Air Lines", "United Airlines" və "US Airways" adlı hava yolları şirkətləri Qəzzada davam edən hücumlara görə müştərilərinin təhlükəsizliyini nəzərə alaraq belə bir qərar verib.

Təl-Əvivdəki "Ben Gurion" beynəlxaq hava limanı yaxınlığında raket hücumlarının təşkil edildiyi ilə bağlı yayılan xəbərlər bir çox ölkələri bu addımı atmağa sövq edib.

Fransanın "Air France", Hollandiyanın "KLM", Türkiyənin "THY" və Almaniyanın "Lufthansa" hava yolu şirkətləri də Təl-Əvivə gedən uçuşlarını dayandırdığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm