Dünya
Separatçıların yeni taktikası – sıravi vətəndaşlar kamikadzeyə çevrilir
“Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasından olan separatçılar mülki əhalidən kamikadze kimi istifadə etməyə başlayıb”.
Publika.az xəbər verir ki, bu haqda ukraynalı jurnalist Yuriy Butusov “Facebook”dakı səhifəsində yazıb.
O, ukraynalı hərbçiləri ehtiyatlı olmağa çağıraraq yazıb ki, Kamenskidə ukraynalı hərbçilərin postuna olunan hücum terrorçuların yeni taktika seçmələrindən xəbər verir: “Blokposta mikroavtobus yaxınlaşıb. Hadisə şahidləri deyir ki, sürücü özünü çox sakit aparırdı, heç bir həyəcanı yox idi. Bu adam mülki şəxs idi, kamikadze yox. Yəqin ki, maşınına qoyulmuş bombadan xəbəri olmayıb. Terrorçular onun maşınına yük qoyaraq müəyyən yerə çatdırmağı xahiş ediblər. Sürücü o yükün içində 30 kiloqramlıq partlayıcının olduğunu bilməyib. Maşın blokposta girəndə separatçılar uzaqdan idarə edilən olunan qurğunu partladıblar”.
Xatırladaq ki, iyulun 22-də baş vermiş hadisə zamanı 3 ukraynalı hərbçi həlak olmuşdu.
İlqar
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI