Ərdoğançılardan yeni iddia: Onların 150 milyard sərvəti var
Bizi izləyin

Dünya

Ərdoğançılardan yeni iddia: Onların 150 milyard sərvəti var

Qəzet F.Gülənin dünyanın müxtəlif ölkələrində iki min məktəbi, yüzlərlə vəqfi, radio, televiziya, jurnal və internet saytlarından ibarət mediası, yüzlərlə şirkəti olduğunu qeyd edir. “Takvim” qəzetində Gülənin var-dövləti ilə bağlı dərc olunan həmin yazın

ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülənin Böyük Britaniyanın BBC kanalına verdiyi müsahibə Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğana yaxın media quruluşlarının yeni tənqidlərinə səbəb oldu. Dini lider müsahibəsində özündən danışarkən “kasıb” ifadəsini işlədib. “Takvim” qəzeti isə bildirir ki, hər zaman dünya malı ilə işinin olmadığını ifadə edən Gülənin tabeliyindəki şirkətlər və milyardlarla dollarlıq güc onun sözləri ilə üst-üstə düşmür.

Qəzet F.Gülənin dünyanın müxtəlif ölkələrində iki min məktəbi, yüzlərlə vəqfi, radio, televiziya, jurnal və internet saytlarından ibarət mediası, yüzlərlə şirkəti olduğunu qeyd edir. “Takvim” qəzetində Gülənin var-dövləti ilə bağlı dərc olunan həmin yazını təqdim edirik.

Minlərlə markası var

Gülənin tərkibində vəqflər, media quruluşları, təhsil ocaqları və maliyyə şirkətlərinin də olduğu irili-xırdalı minlərlə markası var.

150 milyard dollarlıq sərmayə

150 milyard dollara çatan camaat sərmayəsinin böyük hissəsini camaatın dəstəkçilərinə aid olan şirkətləra aiddir. Bu şirkətlərin illik dövriyyəsi isə 7 milyard dollardan çoxdur. Camaat bəzi qəzet, televiziya, hazırlıq kursları və maliyyə qurumları ilə yanaşı 65-i böyük olmaqla 700 şirkət tərəfindən dəstəklənilir. Bunlardan başqa isə Türkiyədə Mustafa Koç, Ali Sabancı kimi əslində camaatla əlaqəsi olmayan şəxslərin vəqflər vasitəsilə verdiyi milyardlarla dollarlıq hədiyyələr camaata böyük güc təmin edir. Bu pulların böyük miqdarı isə dünya markası olan yəhudi sərmayəsinin Baronlarından gəlir.

Bank Asiya

Fəthullah Gülən camaatının iqtisadi infrastrukturunu təşkil edən və 1996-cı ildə qurulan Asiya Maliyyə Təşkilatının bu günki halı olan Bank Asiya Türkiyənin ən əhəmiyyətli bankları arasında yer alıb.

Vəqflər

Yazarlar və Jurnalistlər Vəqfi da daxil olmaqla camaatın Türkiyədəki vəqflərinin sayı 500-ə yaxındır. Qanunvericiliyə uyğun olaraq vəqflər gəlir, varislik, əmlak, gömrük vergilərindən və digər xərclərdən azaddır tutulur. Xaricdə fəaliyyət göstərən vəqflərdən ən əhəmiyyətliləri isə ABŞ-dakı “Pacifica İnstitutu” və “Niagara vəqfidir.

Media quruluşları

Bürc FM və Mert FM kimi ən məşhurları olmaqla 25 radio, “Samanyolu” TV, “Zaman” qəzeti ilə “Aksiyon” və “Sızıntı” jurnalları Gülənin səsini eşitdirmək üçün fəaliyyət göstərir. “Today's Zaman”, “Ebru” TV kimi qəzet və televiziyalar xaricdə fəaliyyət göstərdiyi halda, Akın İpek kimi camaata yaxın adların sahib olduğu “Bugün” qəzeti və eyniadlı televiziyası kimi onlarla media quruluşu onlara dəstək verir.

Təhsil

Türkiyə daxilində 200-dən çox özəl məktəb, 460 hazırlıq kursu, minə yaxın yataqxana, 20 universitet var. Dünyanın isə 160 ölkəsində 2 mindən çox məktəb və digər təhsil qurumları camaatın xidmətindədir.

Hədiyyələr

Camaat dünya səviyyəsində fəaliyyət göstərən “Kimse Yokmu” Dərnəyi və digər qurumların hədiyyələrindən də bəslənilir. Amma camaatı dünya səviyyəsində bir güc halına gətirən qaynaqların heç də hamısı onun nəzarətində deyil. “Onun bir təbəssümünə bütün malımı qurban edərəm” deyən Akın İpek kimi milyarder iş adamları da bu gücün əsas qaynaqlarındandır.

İş dünyası

Gülənin icazəsi ilə qurulan və 2 mindən çox üzvü olan İş Həyatı Həmrəylik Dərnəyində kiçik və orta səviyyəli şirkətlərlə yanaşı, nəhəng holdinqlər də var. İş Həyatı Həmrəylik Dərnəyi ilə yanaşı, Türkiyə daxilində onlarla iş adamı dərnəyi Güləni dəstəkləyir. Qurumun beynəlxalq versiyası olan TUSKON isə dünyanın dörd bir tərəfinə yayılan Gülən təşkilatlarının verdiyi güclə bir çox ölkədə siyasi təmaslar və iqtisadi əlaqələr quraraq camaata maliyyə və siyasi güc dəstəyini təmin edir.

Camaata yaxın biznesmenlər 1993-cü ildə İş Həyatı Həmrəylik Dərnəyi ilə Azad Sənayeçi və İş adamları Dərnəyi adı altında təşkilatlanıb. TUSKON isə hazırda 7 üzv federasiya, 211 üzv biznesmen dərnəyi və Türkiyənin hər yerindən 55 min təşəbbüskarı təmsil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm