Dünya
Terrorçular birləşdilər
May ayında Əlcəzairdə, bu ay Tunisdə keçirdiyi
əməliyyatlar nəticəsində ölkələrdə ciddi qorxu yaradan, "İslami
Məğrib Əl-Qaidəsi" olaraq tanınan təşkilata başqa qruplar da
qoşulub.
ANS PRESS-in məlumatına görə, tabeliyində təcrübəli döyüşçülər və
əlverişli silahlara malik olan İslami Məğrib Əl-Qaidəsi
təşkilatının yeni videosu yayılıb. “Allahın ipindən hamımız
bərk-bərk yapışaq” başlığı ilə yayımlanan video görüntüdə
məqsədləri və amalları yolunda onlara kömək etmək üçün başqa 2
qrupun da qoşulduğu bildirlir.
İlk olaraq danışmağa başlayan İslami Məğrib Əl-Qaidəsi lideri Əbu
Musab Abdulvədud həmin günün müsəlmanlar üçün yaxşı, kafirlər üçün
pis bir gün olduğunu vurğulayır. Çünki onlara Dəvət və Sələfiyə
camaatının qoşulduğunu bildirir. Videoda görüntülərin 20 gün əvvələ
aid olduğu yazılsa da, video “Youtube” video platformasına 3 gün
əvvəl yüklənib.
Qeyd edək ki, İslami Məğrib Əl-Qaidəsi may ayında Əlcəzair ordusuna
qarşı keçirdiyi əməliyyatda 14 əsgəri öldürmüş və ölkədə onlara
görə səfərərlik elan edilmişdi. Daha sonra bu ay Tunisdə
keçirdikləri əməliyyatda isə 20-yə yaxın əsgər öldürüblər. ABŞ
dövlət departamenti bu silahlıların izlənməsi və yox edilməsi üçün
xüsusi bir komanda yaradıb.
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO