• USD 1,7021 -0,01% EUR 1,9029 -0,65%
    • GBP 2,2084 -0,14% RUB 0,0302 +0,33%

Dünyanın ən varlı adamı kimdir?

  • Dünya
  • 29 İyul 2014 07:17
  • 845 Baxış
Dünyanın ən varlı adamı kimdir?

“Forbes” jurnalının cari ilin martında dünyanın ən varlı insanları reytinqində ikinci yerə layiq gördüyü Meksika milyarderi Karlos Slim var-dövlətinin həcminə görə reytinqin lideri – “Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsi geridə qoyub. Bu barədə “Forbes”un məlumatında deyilir.

Bu, K.Slimə məxsus “America Movil” telekommunikasiya holdinqinin səhmlərinin iyulun 15-də ABŞ və Meksika bazarlarında dəyərinin kəskin artması sayəsində baş verib. Günün yekunları üzrə “America Movil”in qiymətləndirmə dəyəri 1 faiz – 805,6 milyon dollaradək artıb. Nəticədə meksikalı maqnatın var-dövləti 79,6 milyard dollaradək yüksəlib. Bununla da K.Slimin var-dövləti “Forbes”in qiymətləndirməsinə əsasən, iyulun 15-nə B.Qeytsin 79,1 milyard dollar təşkil edən var-dövlətini üstələyib.

Hazırda “America Movil” Meksikada mobil telefonlar bazarının 70 faizinə, stasionar telefonlar bazarının 80 faizinə sahibdir.

K.Slim gələcəkdə də Avropa və Cənubi Amerika bazarlarında öz iştirakını genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, meksikalı maqnat “Forbes”in versiyasına görə, B.Qeytsi ilk dəfə dünyanın ən varlı insanları reytinqində birinci yerdən 2010-cu ildə sıxışdırıb və 2014-cü ilədək birinciliyini qoruya bilib.

“Forbes”in illik milyarderlər reytinqini dərc etdiyi 2014-cü ilin martında B.Qeyts 76 milyard dollarlıq var-dövlətlə yenidən lider olub. O vaxt ikinci yeri tutan K.Slimin var-dövlətinin dəyəri 72 milyard dollar qiymətləndirilib. (ictnews)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR