Dünya
Obamanın məktubu satışa çıxarıldı
Amerikalı tələbə Cessi Qreyncer ABŞ prezidenti Barak Obamadan alınan məktubu satışa çıxardı. Bu barədə lenta.ru saytı “New York Post”a istinadən xəbər verib. Hələ 2011-ci ildə Qreyncer Obamaya məktubunda öz həyatından bəhs edib.
Yeniyetmənin sözlərinə görə, o, 13 yaşı olanda analığının ölməsi ilə yetim qalıb. 4 il ərzində xeyli ailə onu övladlığa götürüb. Alkoqol, narkoman, evsizlərin arasında, daim təzyiq, fiziki işgəncə altında yaşamaqdan bezən Cessi öz müstəqil həyatını qurmağa cəhd edib: “17 yaşım tamam olanda çantamı da götürüb evdən çıxdım. Çantamda xeyli kitab, xüsusən də anamın bağışladığı Bibliya vardı. Səyahətə çıxdım və bu, mənim həyatımı dəyişdirdi”. – bunu Qreyncer Obamaya məktubunda yazıb.
Cənubi Korolinada yaxşı bir ailəyə düşən gənc onların sayəsində kolleci bitirib. Universitetə qəbul olanda isə məlum olub ki, təhsili üçün 10 min dollar məbləğində pul çatmır. Öz məktubunda Obamadan onun təhsil arzusunu gerçəkləşdirməyi xahiş edən gənc gözlədiyi cavabı da alıb: “Mənim sənə verə biləcəyim ən yaxşı məsləhət – təhsilini bitir. Mən səninlə qürur duyuram”.
İndi isə aradan 3 il keçib və gənc yenidən təhsil xərclərini ödəyə bilmək üçün Obamanın bu məktubunu satışa çıxarıb. 9.5 min dolları olanlar Obamanın öz xətti ilə yazdığı bu məktubun sahibi ola bilər.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək