Dünya
“İŞİD” əsgərləri üçün evlənmə bürosu
Qondarma İraq və Şam İslam dövləti yaradan “İŞİD” terrorist təşkilatının üzvləri eşqə düşüb. ANS PRESS-in məlumatına görə, təşkilat rəsmən zəbt olunan Suriya və İraq ərazilərində fəaliyyət göstərəcək və sırf “İŞİD” əsgərlərinə xidmət edəcək nikah agentliyi açıb. Agentlikdə “İŞİD” üzvləri ilə evlənmək istəyən xanımlar üçün tanışlıq xidməti və evlənmə bürosu fəaliyyət göstərəcək. Bir “İŞİD”çinin yoldaşı olmaq istəyən zərif cinsin nümayəndələri burada özlərinə əsl “mücahid” tapa bilər.
Yeni xidmət təşkilatçılarının dediyinə görə, onların qapısı “əsl
cihadçı” arzusunda olan tənha və dul xanımlar üçün açıqdır. Bu cür
tanışlığa razı olacaq xanımlar özləri barədə məlumatı büroya təqdim
etməli və hər hansı bir yaraqlının onu bəyənib, seçməsini
gözləməlidir. Bu dəfə seçimini etmiş “İŞİD”çi özü xanımın qapısın
döyüb, ona evlilik təklifi edə bilər.
Agentlik tərəfindən yeni evlənmiş cütlüyə qondarma İslam dövlətinin
hər hansı bir bölgəsinə avtobus turları xidməti də təklif edilir.
Avtobus həftədə 2 dəfə Suriyanın Anbar şəhərindən tərpənir. Onun
axrıncı dayanacağı isə İraqın Raka şəhəridir.
Bu arada, qısamüddətli münasibətlər təşkilatçılar tərəfindən qəti
şəkildə bəyənilmir, nikahdan kənar əlaqələr isə ciddi
cəzalandırılır.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək