Dünya
İsrailin Qəzzaya hücumundan ABŞ nə qədər qazandı?
İsrailin Qəzzada başladığı hərbi əməliyyatlar 3-cü həftəsinə daxil olur. ABŞ-ın bu müddət ərzində İsrailə davamlı şəkildə silah-sursat göndərdiyi məlum olub.
Publika.az-ın verdiyi xəbərə görə, İspaniyanın EFE xəbər agentliyi Qəzza əməliyyatları ərzində ABŞ-ın İsrailə 1 milyard dollarlıq silah satdığını bildirib.
Xəbər agentliyi BMT-nin Qəzzadakı məktəbinə atılan və 19 nəfərin ölümünə səbəb olan raketin ABŞ istehsalı olduğunu və ötən günlərdə İsrailə çatdırıldığını yazıb. EFE agentliyi qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi 20 iyun tarixində İsrailin 1 milyard dollarlıq silah alması barədə müraciət etdiyini və müraciətin dərhal qəbul olunduğunu bildirib. Xəbər agentliyinin məlumatına görə, İsrailə çatdırılan silahların əksəriyyəti tank toplarıdır.
EFE həmçinin İsrailin 225 milyon dollarlıq raket almaq üçün ABŞ-a müraciət etdiyini və müraciətin yaxın günlərdə Konqresdə təsdiqlənəcəyini iddia edib.
Ömər Dağlı
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək