Ukraynada rusların diversant qrupu yaxalandı
Bizi izləyin

Dünya

Ukraynada rusların diversant qrupu yaxalandı

Antiterror zonasında Ukrayna hərbçiləri "Donetsk Xalq Respublikası" ilə əlaqəli olan silahlı şəxslərin hərəkət etdiyi təcili yardım avtomobilini saxlayıblar.

Publika.az-ın məlumatına görə, bu barədə özünün "Facebook" səhifəsində terrorçuluğa qarşı əməliyyat mərkəzinin rəhbəri Vladislav Seleznyov bildirib.


"Avtomobildə 5 nəfər (3 kişi və 2 qadın) olub. Müayinənin gedişatında Kalaşnikov avtomatı, 2 patron darağı və çantası aşkar edilib. Şəxsi əşyaların içində 3 qumbara da aşkar olunub" - deyə, Seleznyov yazıb.

Yazıya Rusiya Federasiyasının Ufa şəhər sakini Kamil Valiullinin pasportunun fotosu əlavə edilib. Sosial şəbəkədə yazıya aid üç videofayl da yerləşdirilib. Bu videoda Rusiya Federasiyasının saxlanmış vətəndaşı öz fəaliyyətindən danışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm