Vladimir Jirinovski və Sergey Şoyqu Ukraynada dindirilə bilər
Bizi izləyin

Dünya

Vladimir Jirinovski və Sergey Şoyqu Ukraynada dindirilə bilər

Ukrayna Daxili İşlər Nazirliyi Rusiya müdafiə naziri Sergey Şoyqunu dindirilməsi üçün çağırıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin mətbuat xidməti bildirib. verir. Dindirilmək üçün çağırılanlar arasında Dövlət Dumasının deputatları Vladimir Jirinovski, Gennadi Züqanov, Sergey Mironov və milyarder Konstantin Malafayevin də adı var. Adıçəkilən şəxslər Ukraynanın şərqində qanunsuz silahlı birləşmələrini maliyyələşdirməkdə ittiham olunur. Ukrayna Daxili İşlər Nazirliyi adıçəkilən Rusiya vətəndaşlarının çağırışı haqqında məktubu Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabova çatdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm