Voronejdə 17 kriminal avtoritet həbs edildi
Bizi izləyin

Dünya

Voronejdə 17 kriminal avtoritet həbs edildi

Voronej polisi xüsusi əməliyyat keçirib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyat yerli turist bazalarının birində həyata keçirilib.

Həmin vaxt orada qanuni oğru, Plotnik ləqəbli Oleq Plotnikovun 50 illik yubileyi keçirilirmiş.

Helikopterlə turbazanın ərazisinə düşən xüsusi təyinatlı polis dəstəsi kriminal avtoritetləri yerə uzadaraq onların əllərini bağlayıb. Sonradan onlar avtobusa mindirilərək polis şöbəsinə gətiriliblər.

Xəbər verilir ki, ad günü bəhanəsi ilə toplaşan avtoritetlər əslində “sxodka” (toplantı) keçirirmişlər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm