İsrail Rifahı bombardman edir – Son dəqiqə
Bizi izləyin

Dünya

İsrail Rifahı bombardman edir – Son dəqiqə

İsrail ordusu bu dəqiqələrdə Qəzzanın cənubundakı Rifah şəhərini bombardman edib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, çoxlu sayda ölü və yaralı var.
Lakin ölü və yaralıların sayı açıqlanmır.

Xatırladaq ki, dünən “Anadolu” xəbər agentliyinə açıqlamasında İsrail ordusunun sözçüsü Avihai Adera
Qəzzada quru əməliyyatları sona çatmadığını, qarşıdakı 48 saat daha şiddətli olacağını bildirmişdi.

O, İsrail Təhlükəsizlik Şurasının quru əməliyyatların başa çatması barədə qərar vermədiyini, bəzi birliklərin yenidən qurulması üçün geri çəkildiyini dilə gətirib. İsrail ordusunun sözçüsü bunun quru əməliyyatlar üçün normal hal olduğunu və İsrail ordusunun döyüş taktikalarından sayıldığını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm